Bakı Metropoliteninin Tikilən Bakı Metropoliteni Müdriyyəti İdarəsi və ?AzərTunelMetroTikinti? ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinə qarşı vurulmuş real zərərin əvəzi olaraq, məhkəmə qaydasında 3000000 (üç milyon) manat məbləğində təzminat tələbi irəli sürülüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA.az) Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, iddia tələbini irəli sürən tərəf ?Bakı? İstehsalat Təmir Tikinti şirkətidir: ?Sözügedən şirkət Bakı Metropoliteninin Tikilən Bakı Metropoliteni Müdriyyəti İdarəsi və ?AzərTunelMetroTikinti? ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinə qarşı ilk iddiasını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırsa da, burada istədiyi qətnaməni qəbul etdirə bilməyib. Birinci məhkəmə instansiyasının hakimi şirkətin əsaslarını yetərli saymayıb və bu səbəbdən də tələbdə yer alan məqamların bir çoxunu rədd edib. Şirkət isə bu qərardan apellyasiya şikayəti verib?. Verilən məlumata görə, apellyasiya şikayəti hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayevin sədrliyi ilə icraata qəbul olunub: ?Hakim Nurəddin Mustafayev apellyasiya şikayəti ilə bağlı ilk iclası aprelin 1-i, saat 10.00-a təyin edib?. Gün ərzində daxil olan məlumata tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.