Bu gecə saatlar bir saat irəli çəkiləcək
Bu gecə Azərbaycanda yay vaxtına keçiləcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Nazirlər Kabinetinin qərarına əsasən, martın 27-si saat 04.00-da ölkə ərazisində saatlar bir saat irəli çəkiləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08