Maliyyə Nazirliyinin məlumatlarına əsasən, bu ilin yanvar ayında dövlət büdcəsinə 1 milyard 121,5 milyon manat vəsait daxil olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcədən 382,9 milyon manat xərclənmiş, ayrılmış vəsaitin 31,1 milyon manatı iqtisadiyyatın inkişafına, 144,8 milyon manatı sosial müdafiə və sosial təminata, 25,9 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.