Müsavat Partiyası Mərkəzi İcra Aparatının rhbəri Arif Hacılının oğlu Orxan polis tərəfindən saxlanılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, o, 21-ci polis bölməsinə apırılıb. Məsələylə bağlı MİA-ya açıqlama verən A.Hacılı oğlunun hansı səbəbdən saxlanıldığını bilmədiyini vurğulayıb: "Mənə zəng edib bildirdilər ki, "Azadlıq" prospektində onu saxlayıblar. Mən ini ora gedirəm. Yəqin ki, orda səbəbi məlum olacaq". A.Hacılı deyir ki, oğlu Orxan Hacılı bir saatdan çox Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsində saxlanılıb. ?Orxan ABŞ səfirliyi yaxınlığında dostunu gözləyirmiş. Polisin gözünə şübhəli şəxs kimi görünüb. Mənə belə izah etdilər ki, onu saxlamaqda məqsəd şəxsiyyətini müəyyənləşdirməkdir?. Arif Hacılının sözlərinə görə, bir saatlıq yoxlamadan sonra oğlu buraxılıb. 19 yaşlı Orxan Hacılı Kıbrısda Doğu Akdeniz Universitetində oxuyur. Bakıya Novruz bayramını qeyd eləməyə gəlib.