Martın 11-də Şəkidə saxlanan AXCP sədrinin müşaviri Sahib Kərimov məhkəməyə aparılıb. AXCP-dən verilən məlumatına görə, ona 5 sutka həbs cəzası verilib. O ictimai asayişi pozmaqda ittiham olunur. Partiyanın rayon təşkilatının üzvü Əli Abdullayev Azadlıq radiosuna deyib ki, dünən onlar təxminən on nəfər adam, əlimizdə yumurta Şəkidə gəzişirdik: ?Biz etiraz olaraq yumurta götürmüşdük. Axı prezident yumurtadan yox, Qarabağdan, korrupsiyadan danışmalıdır. Bu vaxt polis bizi saxladı. Polis rəisinin müavini Niyazi Məmmədov yaxınlaşdı ki, rəis sizinlə görüşmək istəyir. Dörd saat gözlədik. Polis ifadə verib ki, Sahib Kərimov guya əlində yumurta atıb-tutmaqla qıraqdakılara işarə verir, dövlətçiliyə qarşı nəsə hazırlayırmış. Belə gülünc məhkəmə getdi?.