Azərbaycan prezidenti İlham Əliyev martın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki (Polşa) qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.