Martın 14-də ATƏT sədri ilə Azərbaycandakı siyasi partiyalar arasında keçirilən görüşdən bir qədər əvvəl bir yerdə oturan Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla Müsavat Partiyasının başqanı İsa Qəmbər bir-biri ilə hal-əhval tutublar. Bu zaman tərəflər arasında maraqlı dialoq yaranıb. Dialoqu olduğu kimi təqdim edirik. Əli Əhmədov: Nə var, nə yox, necəsiniz? İsa Qəmbər: Hər şey qaydasındadır. Bilirəm, bir az xaricə gedənlərimizdən narahatsız, onlar da qayıdırlar. Əli Əhmədov: Aha, təbrik edirəm, təbrik edirəm. Bütün gedənlər qayıtsın. İsa Qəmbər: Yeni gələnlər də var, prinsipcə, her şey qaydasındadır. Sadəcə reallıqları hamı dəqiq nəzərə alsa, ölkənin taleyində də hər şey daha yaxşı olar. Əli Əhmədov: Çox sağ olun. Ölkənin taleyindən narahat olmayın... Ölkənin taleyi etibarlı əllərdədir. (Deyir və bundan sonra üzünü yana çevirir).