Bu gün Müsavat Partiyasında rayon təşkilatlarının geniş müşavirəsi keçirilib. Müşavirədə mitinq keçirməklə bağlı qərar qəbul olunub. Qərara alınıb ki, mitinq martın 12-də saat 14.00-dan 15.00-dək şəhərin mərkəzindəki ?Fəvvarələr meydanı?nda keçirilsin. Qeyd edək ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edərək ?Təbriz? kinoteatrının qarşısında aksiya keçirmək istədiyini bildirsə də, BŞİH qeyd olunan ərazidə təhlükəsizliyi təmin edə bilməyəcəyini və nəqliyyatın intensivliyini əsas gətirərək həmin yerdə aksiya keçirməyə icazə verməyib.