Erməni silahlı qüvvələri bu gün günorta saatlarında yenidən atəşkəs rejimini pozub. Məlumata görə, saat 12:00 radələrindən etibarən erməni ordusu Tərtər rayonunun işğal altındakı Talış kəndi ərazisindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini, eləcə də Tərtərin Çaylı kəndini atəşə tutub. Hadisə zamanı otlaqlarda heyvan otaran sakinlər də atəşə məruz qalıb. Atəş 30 dəqiqəyə yaxın davam edib. İnsident nəticəsində ölən və yaralanan olmayıb.