Sumqayıt şəhərinin yeni icra başçısı Eldar Əzizov ciddi kadr islahatlarına başlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, E.Əzizov birinci müavini Akif Quliyevi tutduğu vəzifədən uzaqlaşdırıb. Məlumata görə, E.Əzizov A.Quliyevdən başqa digər yüksək vəzifəli məmurları da işdən çıxarmaq istəyir. Məsələylə bağlı Akif Quliyev MİA-ya ?Bu xəbər niyə sizin üçün maraqlıdır? Hələlik belə bir əmr verilməyib, amma ola da bilər, olmaya da bilər?,- cavabını verib. Qeyd edək ki, Akif Quliyev Sərhəd Qoşunlarının baş komandanı, general Elçin Quliyevin qardaşıdır.