Sevda Yahyayeva da Yeni Azərbaycan Partiyasının üzvü oldu
Müğənni Sevda Yahyayeva Yeni Azərbaycan Partiyasının üzvü olub. Bu barədə Lent.az-a müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib. Onun sözlərinə görə, martın 7-də YAP Nərimanov rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yığıncaq keçirilib. Tədbirdə Azərbaycanın gənc və sevilən müğənniləri ilə yanaşı, Sevda Yahyayeva da iştirak edib. Yığıncaqda gənc müğənniyə YAP-ın üzvlük vəsiqəsi təqdim olunub.
Qeyd edək ki, daha öncə müğənnilər Səfurə Əlizadə və Aysel Teymurzadə də YAP-a üzv olublar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47