?Mən gülməli vəziyyətdəyəm. Onları yola gətirməyə çalışıram. Onlar üzr istəməsələr, ömürlərinin axırına kimi hər ay gəlib təzminat verəcəklər?. ?Qafqazinfo?nun məlumatına görə, bunu xalq artisti Aygün Kazımova qızı İlqarənin sosial şəbəkələrdə yayılmış videosu ilə bağlı keçirdiyi konfransda deyib. Kazımova İlqarə kimi bir övlad böyütdüyünə görə peşiman olmadığını söyləyib. Onun sözlərinə görə, İlqarə kimi övladı olduğu üçün özünü çox xoşbəxt hiss edir. O, heç kəsin qızının xoşbəxtliyini əlindən almasına icazə verməyəcəyini deyib: ?İlqarəni böyütdüyüm üçün çox xoşbəxtəm. Çünki onun ürəyində kini yoxdur. Nakişi kimi hərəkət ediblər, kişi kimi gəlib təmizləsinlər?. Kazımova videonu yayanların üzr istəməsələr ömürlərinin axırına kimi hər ay gəlib təzminat verəcəklərini bildirib.