Ramil Səfərov ölkəmizə ekstradisiya edilə bilər
Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan ordusunun zabiti Ramil Səfərov ölkəmizə ekstradisiya edilə bilər. Bu barədə Macarıstandan qayıdan xarici işlər naziri Xələf Xələfov jurnalistlərə bildirib.
?Ümid edirəm ki, bu məsələyə Azərbaycanın və Macarıstanın üzv olduğu Avropa Şurasının Konvensiyası çərçivəsində baxıla bilər?-deyə nazir müavini bildirib. Onun sözlərinə görə, məsələ qaldırılacağı təqdirdə Macarıstan hökümətində ona baxması mümkündür.
Qeyd edək ki, 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kurs keçən zabitimiz fevralın 19-da eyni kursun müdavimi erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürüb. Budapeşt Məhkəməsinin qərarı ilə Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08