Azərbaycan Ordusunun əsgəri bıçaqlanıb
Müdafiə Nazirliyinin Zirə qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri ağır bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı bu gün saat 08.00 radələrində daxil olub.
23 yaşlı Muxtar Ələsgərov ikisi daxilə nüfuz edən olmaqla qarın nahiyəsindən 3 zərbə alıb. Yaralının dalağı götürülərək ona süni nəfəs aparatı qoyulub. Hazırda əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məklumata görə, o, əsgər yoldaşı tərəfindən bıçaqlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08