Müsavat martın 12-nə ümumrespublika mitinqi təyin edib
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, Müsavat Divanı martın 12-də ümumrespublika mitinqinin keçirilməsinin məqsədəuyğun olması barədə qərar qəbul edib. Həmçinin qərara alınıb ki, mitinq keçirilməsinə 5 gün qalanadək - martın 7-dək siyasi tərəfdaşlarla müzakirələr aparılsın.
Kütləvi aksiyaların keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada aksiyadan 5 gün əvvəl müraciət olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08