2011-2012-ci il üçün qəbul qaydaları elan edildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tam və natamam orta təhsil bazasından, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını elan edib. Bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Tələbə qəbulu həmişəki kimi internet vasitəsi ilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə abituriyentin elektron ərizəsini dolduraraq, onları sənəd qəbulu komissiyalarına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirməlidirlər.
M.Abbaszadə bildirib ki, bu il ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda yeganə yenilik abituriyentlərə fənlər üzrə açıq testlərin təqdim edilməsi ilə bağlı olacaq. Onun sözlərinə görə, TQDK 2011-ci il qəbul imtahanlarında açıq tipli test tapşırıqlarından istifadə etməyi razılaşdırır.
TQDK-a sədri ali məktəblərə qəbul qaydalarının artıq ?Abituriyent? jurnalının birinci sayında dərc olunduğunu vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08