Bu gecə Azərbaycanın Gəncə şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 3 otaqlı mənzildə partlayış baş verib. Hadisə nəticəsində 3 otaqlı mənzil tamamilə dağılıb. Qonşu mənzillərdə çatlar əmələ gəlib. Oğlu 14 yaşlı Azər Əliyev isə xəsarət alaraq xəstəxanaya aparılıb. Partlayış zamanı hamamın dəhlizə tərəf olan divarı onun üzərinə aşıb. Hadisə yerinə Gəncə Şəhər icra başçısının müavini Şahmalı Cavadov gəlib. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayışa mənzilin hamamında quraşdırılan, qazla işləyən samovar səbəb olub. Hadisə ilə bağlı əraziyə Gəncə şəhər Qaz İstismar İdarəsinin əməkdaşları gəlib və partlayışın baş verdiyi yerə baxış keçiriblər. Hazırda hadisənin səbəblərinin dəqiq öyrənilməsi üçün təhqiqat işləri aparılır.