Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu Dabiyə yola düşüb. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Səfər Birləşmiş Ərəb Əmirliyinin müdafiə nazirinin dəvəti ilə reallaşıb. S.Əbiyevin səfərinin məqsədi müdafiə sərgisində iştirak etməkdir.