?Bloomberg? agentliyi Azərbaycan prezidentinin mətbuat xidmətinə üzrxahlıq məktubu göndərib. Məktubda deyilir: ?Hörmətli cənablar! Bildiyiniz kimi, bu gün ?Bloomberg News?da baş vermiş texniki qüsur nəticəsində veb səhifəmizdə dərc olunmuş məqalədə Prezident İlham Əliyevin fotoşəkilinin altında yanlış sərlövhə gedib. Bu sərlövhə səhv olaraq bizim digər Əliyev soyadlı şəxsə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmisi Vaqif Əliyevə istinad etdiyimiz neft və təbii qazla bağlı əvvəllər dərc etdiyimiz məqalədən götürülüb. Problem artıq aradan qaldırılıb və biz bu problemin doğurduğu hər hansı anlaşılmazlıq və narahatlığa görə üzr istəyirik. Xatırladaq ki, bu il fevral ayının 16-da ?Bloomberg? agentliyinin dərc etdiyi məqalədə verilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin foto şəklinin altında ?Azərbaycan dünyanın dördüncü ən böyük qaz ehtiyatlarının sahibi Türkmənistandan hələ konkret təklif gözləyir... Biz Türkmənistan qazının ötürülməsini təmin etməyə hazırıq? sözlərinin telefonla Əliyev soyadlı şəxs tərəfindən deyildiyi iddia edilirdi.