Gələn ay Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti üçtərəfli görüşü keçiriləcək. ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında bildirib ki, görüş martın 5-də Rusiya Federasiyasının Soçi şəhərində olacaq. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.