Prezident ilham Əliyev Abdulla Gülə baz sağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdulla Gülə keçmiş baş nazir Nəcməddin Ərbakanın vəfatı ilə əlaqədar baş sağlığı göndərib.
Prezidentin mətbuat xidmətindən verilən xəbərə görə, başsağlığı məktubunda deyilir: ?Görkəmli ictimai-siyasi xadim Nəcməddin Ərbakanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının möhkəmlənməsi və inkişafına dəyərli töhfələr vermiş Nəcməddin Ərbakan ölkəmizdə böyük hörmət və nüfuza malik idi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50