Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 fevral 2011-ci il tarixli sərancamı ilə Qorxmaz Cavanşir oğlu Hüseynov ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Qeyd edək ki, Qorxmaz Cavanşir oğlu Hüseynov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sosial məsələlər üzrə vitse-prezident təyin edilib və bu günə kimi həmin vəzifədə çalışıb. O 1965-ci ildə Cəbrayıl rayonunun İsaxlı kəndində anadan olub, iqtisadçı-mühəndisdir. Əmək fəaliyyətinə 1989-cu ildə ?Xəzərdənizneftqaz? istehsalat birliyinin ?Neft Daşları? neft-qaz çıxarma idarəsində başlayan Q.Hüseynov son təyinatadək ARDNŞ-in Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb. Xatırladaq ki, 14 fevral 2011-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin sədri Nizaməddin İsmayıl oğlu Rzayevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdır.