2010-cu ildə ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 9,2 milyard manat məbləğində kredit ayırıblar. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu, əvvəlki ildəkindən 9 faiz çoxdur. Kreditlərin 72 faizi və ya 6,6 milyard manatı uzunmüddətlidir, 492,9 milyon manatının, yaxud 5,4 faizinin isə ödəmə vaxtı keçmişdir.