Parabank-ın Visa plastik kartları üçün nəzərdə tutulan yeni növ xidmət - SMS Xəbərdarlıq xidmətini müştərilərin istifadəsinə təqdim edir. Bu xidmətin üstünlüyü ondan ibarətdir ki, kart sahibləri real vaxt rejimində yerləşdiyi yerdən və vaxtdan asılı olmayaraq SMS vasitəsi öz şəxsi hesablarını nəzarət edəcəklər, apardıqları əməliyyatlar haqqında məlumat alacaqlar. SMS- Xəbərdarlıq xidmətindən istifadə etmək üçün ölkədə fəaliyyət göstərən istənilən mobil operatorun abonenti olmaq kifayətdir. Bu xidmətə qoşulmaq üçün Siz sadəcə ?Parabank?-ın Baş ofisi və ya istənilən filialına yaxınlaşaraq müvafiq ərizə formasını doldurub müqaviləni imzalamalayaraq bu xidmtəin imkanlarından faydalana bilərsiniz. Bu xidmətindən istifadə etməklə Sizin plastik kartınız hər zaman nəzarətiniz altında olacaq. Müştərilərin nəzərinə onu da çatdırmaq istərdik ki, bu xidmətə qoşulmaq üçün və bu xidmətdən istifadə üçün heç bir ödəniş tələb olunmur. Parabank təhlükəsizliyi artırmaq məqsədilə Azərbaycanda plastik kart sahiblərininin istifadəçilərinə SMS- Xəbərdarlıq xidmətindən istifadə etmək edir tövsiyə edir.