Bakıda 3, Sumqayıtda 4 nəfər dəm qazından zəhərlənib
Bakıda dəm qazından boğulma halları qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lverilən məlumata görə, fevralın 11-də Səbail rayonu Z.Əliyeva küçəsi ev 23 mənzil 9-da, orada yaşayan Aydın Allahverdiyev dəm qazından boğulub, qızı Fatimə və oğlu Ramiz isə xəstəxanaya yerləşdiriliblər.
Fevralın 11-də Nizami rayonu E.Süleymanov küçəsi döngə 3 mənzil 15-də, orada yaşayan Əntiqə İbrahimova da dəm qazından boğulub, oğlu Elşən isə xəstəxanaya yerləşdirilib.
Sumqayıtda isə fevralın 11-də şəhər sakinləri Əfsanə Qasımova, Aliyə Abbasova, Aytən Mikayılova, Xəyalə Qasımova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onların vəziyyəti qənaətbəxşdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08