Fazil Mustafa ATƏT Parlament Assambleyasının vitse-prezidenti ilə görüzüb
Bu gün Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Volfqanq Qrossrukla görüşüb. MİA-nın xəbərinə görə, görüşdə Azərbaycanda demokratiyanı və siyasi partiyaların vəziyyti müzakirə olunub.
F.Mustafa ?İslahat? deputat qurupu və həmin qrup tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunan islahat paketi haqqında qonağa məlumat verib. Görüşdə Azərbaycanda iqtidar-müxaliət münasibətləri mövzusunda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə ATƏT PA-nın Vyanadakı xüsusi nümayəndəsi Andreas Nosel və Avstriyanın ATƏT PA-dakı daimi missiyasının rəhbəri Lukas Mussi, BQP tərəfindən isə Ali Məclisin sədri Əjdər Əliyev iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51