Əli Həsənov: "Beynəlxalq təzkilatların siyasəti Azərbaycanı tam qane etmir"
?Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir?. Bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
?Beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur?.
Ə.Həsənov deyir ki, beynəlxalq təşkilatlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, amma onlar ortaya iradə qoymurlar.
?Azərbaycanda 20 ildən artıqdır ki, 1 milyondan çox qaçqın və köçkün problemləri yaşanır və bu problemin həllində beynəlxalq təşkilatların səyləri yetərli deyil. İnsan hüquqları müxtəlif şəkildə pozulub və bu, aradan qaldırılmalıdır?, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51