BAXCP Mikayıl Rəhimovu MSK-ya göndərir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mərkəzi Seçki Komissiyasında partiya təmsilçiliyinin Mikayıl Rəhimova verilməsi ilə bağlı qərar qəbul edib.
BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı MİA-ya açıqlamasında bildirib ki, bununla bağlı təqdimat artıq Milli Məclisə göndərilib. Onun sözlərinə görə, Mikayıl Rəhimovun sənədləri artıq parlamentdədir: "Hesab edirəm ki, parlamnetdə yeganə Xalq Cəbhəsi Partiyası kimi biz təmsil olunduğumuz üçün bizim nümayəndə MSK-da təmsil olunacaq".
Qeyd edək ki, BAXCP-ni bundan əvvəl də MSK-da M.Rəhimov təmsil edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51