ALDP: "10 idən artıq vəzifədə olan məmurlar məsuliyyətə cəlb olunmalıdırlar"
?zərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin
rəhbərliyilə Sədr Aparatının növbəti iclası keçirilib. İclasda
ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul olndu.
Bəyanatda deyilir: Son günlər hakimiyyətin korrupsiyaya qarşı mübarizəsinin ?canfəşanlığı?
müşahidə olunur. Dövlətin bütün strukturlarında, icra nümayəndələrində,
nazirliklərdə, dövlət təşkilatlarında kiçik rütbəli məmurların rüşvətə
görə tutulması və işdən azad olunması faktlarının artması hallarını
müşahidə edirik. Digər tərəfdən təqaüdlərə fevralın birindən 6 manat
əlavə olunması və dərhal suyun, qatarlarda gediş haqlarının, ərzaqların
qiymətlərinin 10% qaldırılması vətəndaşların sosial problemlərin daha
da ağırlaşmasına gətirib çıxarıb. ALDP olaraq hesab edirik ki,
korupsiyaya qarşı mübarizə görüntülü xarakteri daşıyır. ALDP hxesab edir
ki, kiçik ranqlı məmurların rüşvətə sövq edən onlardan yuxarıda olan
məmurlardır və əqər bu faktlar belə kütləvi xarakter daşıyırsa, onda
hökümət bütün tərkiblə istefaya qetməlidir. Respublikada monopoliyanı
yaradan və qiymət artımı siyasətinin həyata keçirməklə əhalinin hesabına
öz "planlarını" dolduran 10 idən artıq vəzifədə olan məmurlar
məsuliyyətə cəlb olunmalıdırlar. ALDP sosial partlayışın qarşısını almaq
üçün qiymətlərin aşağı salınması, təqaüdlərin və maaşların artırılması
ilə yanaşı höküməti istefayə çağırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51