Kənd təsərrüfatı naziri ismət Abbasov kollegiya iclası keçirdi
Fevralın 8-də Kənd Təsərrüfatı Nazirliyində ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. Iclasda ötən il görülmüş işlər və qarşıdan duran vəzifələr müzakirə olunub.
Kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, son üç ildə kənd təsərrüfatının ümumi məhsulunun artım sürəti orta hesabla 2,5 faiz təşkil edib. Aqrar sahənin inkişaf etdiyini deyən nazir vurğulayıb ki, heyvandarlıq məhsullarının istehsalı 2010-cu ildə sabit şəkildə davam edib, 2009-cu ilə nisbətən ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artıb.
İclasda Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın son yığıncağında dövlət qurumlarının rəhbərlərinə mənfi hallarla sistemli mübarizə aparılması barədə verilən göstərişlər müzakirə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08