Milli Məclisin yaz sessiyasında ?Hərbi vəzifə və hərbi xidmət haqqında? qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu barədə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi sessiyanın iş planına daxil edilib. Sənəd hərbi sahədə bir sıra məsələləri hüquqi baxımdan tənzimləyir.