?Bank of Baku? kreditləzmənin zərtlərini asanlazdırıb
Azərbaycanın ?Bank of Baku? ASC müştərilərə göstərilən xidmət səviyyəsini artırmaq və onların rahatlığını təmin etmək məqsədilə kredit şərtlərini daha da əlverişli edib.
Bankın baş ofisindən MİA-ya verilən məlumata görə, bank yeni bir kampaniyaya start verib və 4 min manatadək pul kreditlərini indi iş yerindən asılı olmayaraq hər kəsin ala biləcəyini mümkün edib.
Belə ki, ?Bank of Baku?nun pul kreditlərindən bankın təkrar müştəriləri, banka ilk dəfə müraciət edən bütün təhsil və tibb müəssisələri, habelə bütün dövlət və özəl müəssisələrin əməkdaşları faydalana bilər.
Qeyd edək ki, kreditin məbləği və növü (nağd pul və ya kredit xətti) bank ekspertinin təhlilindən, həmçinin müştərinin işlədiyi müəssisədən asılı olaraq müəyyən edilir. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. İş yerindən arayışa gəldikdə isə təkrar müştərilər üçün (müştəri minimum 6 ay ödəniş etdiyi halda) arayış tələb edilmir, yeni müştərilər üçün isə iş yerindən arayış yalnız müvafiq layihənin şərtlərindən asılı olaraq tələb edilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19