Parabank 2010-cu ildəki aksiyaları
Parabank ASC Yeni il bayramı ilə əlaqədar 2010-ci il dekabr ayının 25-dən başlayaraq 2011-ci il yanvar ayının 5-nə kimi Park Bulvar Ticarət və Əyləncə mərkəzində, Kukla Teatrında və H.Əliyev sarayında promo aksiyalar keçirmişdir.
Keçirilən aksiyalarda bankın əməkdaşları gələn qonaqları müxtəlif hədiyyələrlə qarşılamışdılar. Onu da qeyd etmək istərdik ki, Parabank təşkil etdiyi aksiyaların birinə Rus Dram Teatrın peşakar aktyorları dəvət olunmuşdur. Aktyorlar uşaqlar üçün yeni ilə bağlı tamaşa nümayiş etdirmişdilər. Onlar uşaqların iştirakı ilə müxtəlif növ maraqlı oyunlar təşkil etmişdilər.
Keçirilən promo aksiyalarda bankın işçiləri tərəfindən bukletlər, təqvimlər, bayraqlar, şarlar və digər hədiyyələr gələn qonaqlara təqdim olunmuşdur. Qeyd etmək istərdik ki, ümumilikdə aksiyaların keçirildiyi 7 gün ərzində bu tədbirlərdə 3000 nəfər iştirak etmişdir və müxtəlif şəkillər çəkilmişdir. Maraqlananlar Parabank-ın Facebook səhifəsinə (http://www.facebook.com/pages/ParabankASC/151156364899183?v=photos&ref=ts) daxil olaraq keçirilən aksiyalarla və tədbirlərdən çəkilən fotoşəkillər ilə tanış ola bilərlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19