Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bu gün saat 16:00-dan 18:00-dək telefon vasitəsi ilə vətəndaşlardan daxil olan müraciətləri cavablandıracaq. Bu barədə Baş DYP İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yol polisnin işi ilə əlaqədar şikayəti, təklifi, müraciəti olan vətəndaşlar 342 44 24; 590 81 43 stasionar nömrələrə zəng vurmaqla birbaşa R.Zeynalovun özü ilə danışa biləcəklər.