Gömrükdə rüzvətlə bağlı böyük qrup ifza edilib
Dövlət Gömrük Komitəsində 11 nəfərdən ibarət cinayətkar dəstənin istintaq işi artıq başa çatdırılıb və məhkəməyə göndərilib. Bu barədə komitə sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Komitə sədri deyib ki, həmin cinayətkar dəstəyə qarşı bir neçə maddə üzrə cinayət işi qaldırılıb. Onların arasında rüşvətxorluq və saxta sənədlərlə gömrükdən mal keçirmə işləri də olub. A.Əliyev bildirib ki, cinayətkar dəstə arasında Dövlət Gömrük Komitəsinin 4 əməkdaşı da var. Onun sözlərinə görə, artıq proses başa çatıb və iş məhkəməyə göndərilib. Həmin cinayətkar dəstə üzvlərinin işinə hüquqi qiymət məhkəmədə veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08