Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov yenə də müxalifətin bostanına daş atdı. Parlamentin bu günkü iclasında çıxış edən S.Novruzov İctimai Palatada bir araya gələn müxalifətçilərin qanun layhələri ilə bağlı apardıqları müzakirələrə rişxəndlə yanaşıb. YAP-çı deputat "Onların hamısı kölgədə qalan adamlardı, yaratdıqları qurum da kölgə kabinetidir. İctimai Palatanın müzakirəsinə yalnız kommunal məsələləri vermək lazımdır. Bundan başqa onların müzakirə edəcəkləri məsələ mümkün deyil?,- deyərək müxalifətin birliyini aşağılayıb.