Müxalifət hakimiyyətdən təcili demokratik islahatlara bazlamağı tələb etdi
Bu gün müxalifət partiyaların daxil olduğu İctimai Palatanın növbəti iclasını keçirlib. İclasda ölkədəki sosial-iqtisadi vəziyyəti müzakirə edib. İclasda İctimai Palatanın bir illik iş planı təsdiq edilib.
İctimai Palata həmçinin ?Xocalı faicəsi? haqqında hazırladığı qanun layihəsini ilkin oxunuşda qəbul edib. İctimai Palataya daxil olan partiyalar ölkədəki siyasi vəziyyətlə bağlı bəyanat qəbul ediblər. İctimai Palata bəyanat yayaraq bildirib ki, mövcud hakimiyyət təcili olaraq demokratik islahatlara başlamalıdır, sonra onsuz da bu addımı atmağa məcbur olacaq.
Sessiyada kütləvi etiraz aksiyaların keçirilməsi məsələsi də geniş müzakirə olunu və nəzərdə tutulub ki, yaxın vaxtlarda bu istiqamətdə iş aparılsın.
Qurum həmçinin yanvarın 31-də Novxanıda ADR rəhbəri Məhəmməd Əmin Rəsulzadənin ad gününü qeyd edəcək. Həmin gün İctimai Palatanın üzvləri Novxanıya gedəcəklər. Bu günkü sessiyada İctimai Palataya 16 nəfər yeni üzv qəbul edilib. Onların arasında ADP-çi, hüquqşünas Qurban Məmmədov, hərbi ekspert Uzeyir Cəfərov və digər tanınmış şəxslər var.
Palatanın sessiyalarının qrafiki də təsdiq olunub. Sessiyada qərara alınıb ki, hər ayın son şənbə günü İctimai Palatanın iclası keçirilsin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08