BAXCP Elçibəyə ?istiqlal? ordeninin verilməsini tələb etdi
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı olub. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümün yüksək səviyyədə qeyd olunacağı barədə rəsmi açıqlamaları önə çəkən BAXCP İdarə Heyəti 18 oktyabrın dövlətçilik tariximizdə önəmli yer tutduğunu vurğulayıb: ?Dövlət müstəqilliyimizin bərpası və qorunub saxlanılması şübhəsiz ki, Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir. Bu nailiyyətin əldə olunmasında isə Milli Azadlıq Hərəkatı və onun lideri Əbülfəz Elçibəy ən önəmli yerlərdən birini tutur. BAXCP İdarə Heyəti hesab edir ki, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümündə bu tarixi hadisənin gerçəkləşməsində müstəsna rolu olan Əbülfəz Elçibəy sayğı ilə anılmalı və onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri layiqincə dəyərləndirilməlidir".
BAXCP İdarə Heyəti bu məqsədlə Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsini, ona ölümündən sonra "İstiqlal" ordeninin verilməsini və onun ailəsinin sosial müdafiəsinin gücləndirilməsini təklif edir: "Bu addımların atılması milli birliyimizin möhkəmləndirilməsində və cəmiyyətimizin inkişafında mühüm rol oynaya bilər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51