ümid Partiyası Rabitə və informasiya Texnologiyaları Nazirliyinə etiraz etdi
Bu günlərdə rabitə nazirliyinin rəsmlərinin verdikləri açıqlamalarına görə, yaxın zamanda Bakı şəhərində stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sistemi tətbiq ediləcək.
Bunun da nəticəsində abunəçilərə ayda cəmi 450 dəqiqə pulsuz danışıq vaxtının verilməsi nəzərdə tutulur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyin bununla bağlı hazırladığı layihədə abunəçilərə ayda 450 dəqiqə pulsuz vaxtın verilməsi, bundan sonrakı hər dəqiqə üçün danışıq haqqının hesablanması təklif olunur.
Bu məsələ ilə bağlı Ümid Partiyasının İqtisadi Siyasət Komissiyasında geniş müzakirələr aparılıb. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, Həyata keçirilməsi nəzərdə tutulan islahatlarla bağlı aparılan müzakirələr zamanı bu islahatlardan daha çox əhalinin aztəminatlı təbəqəsinin əziyyət çəkəcəyi qənaətinə gəlinib: ?Bununla yanaşı olaraq Ümid Partiyasının İqtisadi siyasət komissiyasının adından yayılan açıqlamada qeyd edirik ki, stasionar telefon rabitəsindən istifadəyə görə tətbiq ediləcək limit ilk növbədə ölkədə kiçik sahibkarlığın daha da ağır duruma düşməsinə səbəb olacaq. Xüsusilə də işini stasionar rabitə üzərində quran və bununla da kiçik gəlirlər əldə edən sahibkarlıq subyektlərinin işi iflic olacaq. Bu islahatlar nəticəsində daha çox əziyyət çəkən strukturlar isə media institutları olacaq. Ağır iqtisadi şərtlər altında fəaliyyət göstərən yazılı media orqanlarının vəziyyəti bir qədər də aşağı düşəcək. Biz bu islahatları həyata keçirməyə hazırlaşan Azərbaycan hökumətindən tələb edirik ki, stasionar telefonlara limit tətbiq edildiyi təqdirdə əhalinin aztəmaniatlı təbəqəsi, o cümlədən də kiçik sahibkarlıq subyektləri üçün, xüsusilə də mətbuat orqanları üçün müəyyən güzəştlər nəzərdə tutulsun?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51