Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. İttifaqdan MİA-ya verilən xəbərə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. DUİ Sədrlər Şurası polis özbaşınalığını pisləyərək, haqq və hüquq tanımayanların cəzalandırılmasını tələb edib. Toplantıda İttifaqın Sədrlər Şurası yanvar 2011-ci ildə saat 12.00-da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəninin doğum günü münasibətilə Novxanıda M.Ə.Rəsulzadə heykəli qarşısında anım tədbiri keçirməyi qərara alıb.