Dünən siyasi partiyalardan AXCP və Müsavat liderləri öz tərəfdarlarını bir araya yığıb Şəhidlər Xiyabanını ziyarətə getdi. Onlar üzərində şüarı olan plakatla ziyarət etmək istərkən polislə üzləşdilər. Polis aksiya iştirakçılarının plakatını alan zaman isə qarşıdurma yarandı. Polis plakatı müxalifətçilərin əlindən aldı. Daha sonra vəziyyət Müsavat başqanı İsa Qəmbərlə polis arasında söz atışması yaşandı. Belə ki, polis adamları 50-50 buraxmaq istəyəndə, İsa Qəmbər polislərə barmaq silkələrəyərək ?Bölücülük etməyin, bu yaxşı deyil? dedi. Bu isə polis zabitlərindən birinin əsəbləşməsinə səbəb oldu. ?Mənə barmaq silkələmə o barmağını qıraram? deməsi vəziyyəti daha da gərginləşdirdi. Keçmiş deputat Pənah Hüseyn həmin polisin üstünə yeridi. Pənah Hüseynlə yanaşı, bir çox Müsavat yetkililəri polis kalonunu üzərinə yeridi. Ara səngiyəndən sonra Xiyabana ziyarət baş tutdu.