Bakının ?İnter? klubu ?Birlik Kuboku?nu qazanıb. Paytaxt klubu finalda Belarusun ?Şaxtyor? klubunu məğlub edib. Görüşün əsas və əlavə vaxtında hesab açılmasa da, penaltilərdə ?İnter? qalib olub: 6-5. Qeyd edək ki, ?İnter? finaladək keçirdiyi beş oyunun hamısında rəqiblərini məğlub edib. Azərbaycan çempionu qrup mərhələsində Qırğızıstanın ?Neftçi? və Tacikistanın ?İstiklol? komandalarına 3:0, Moldova ?İskra-Stal?ına 1:0, 1/4 finalda Ermənistan ?Mika?sına 4:0, yarımfinalda isə Rusiya ?Zenit?inə 5:0 hesabı ilə qalib gəlib. Xatırladaq ki, Azərbaycanın digər klubları - ?Neftçi? (2005) və ?Xəzər Lənkəran? (2008) da ?Birlik Kuboku?nu Bakıya gətiriblər.