Ekologiya Nazirliyindən xəbərdarlıq: Bakıya qar yağacaq
Bakıda və Abşeron yarımadasında bu həftə buludlu hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, yanvarın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 2-5? isti, gündüz 5-7? isti olacaq.
Yanvarın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağıntılı olacağı, sulu qara, axşama doğru bəzi yerlərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-2? isti, gündüz 2-4? isti olacaq.
Yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-2? şaxta, gündüz 2-4? isti təşkil edəcək.
Sabah şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qarın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2? şaxtadan 3?-dək isti, gündüz 5-9? isti, dağlarda gecə 3-7? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti olacaq.
Yanvarın 19-20-də yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. 20-də gündüz bəzi yerlərdə tədricən kəslicək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5? şaxta, gündüz 1-4? isti, dağlarda gecə 5-10? şaxta, gündüz 0-5? şaxta müşahidə ediləcək.
Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli enməsi ilə soyuq diskomfort şərait olacaq ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08