Parlament seçkilərində Azərbaycan Demokrat Partiyasından olan keçmiş namizədlər ölkədəki məhkəmə instansiyalarındakı şikayətləri başa çatdırıblar. Respublika Ali Məhkəməsinə edilmiş kasasiya şikayətlərinə də qanuna müvafiq cavab ala bilməyən namizədlər artıq Avropa insan hüquqları Məhkəməsinə müraciət göndərməkdən başqa yol olmadığını nəzərə alaraq bu istiqamətdə fəaliyyətə başlayıblar. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov, müavinlər Taliyyət Əliyev, Rəşid Mansurov, Zakir Hüseynov və digərləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək üçün lazım olan bütün prosedurları başa çatdıraraq, bu məhkəmədən hüquqlarının bərpasını tələb etmək niyyətindədirlər. Partiyadan verilən məlumatda bildirilir ki, yaxın günlərdə beynəlxalq məhkəməyə şikayətlərin göndərilməsi nəzərdə tutulur.