Müxalifətin yaratdığı ictimai Palata ?ölü doğulan uzaq?dır
Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan müxalifətin yaratdığı İctimai Palatanı ?ölü doğulan uşaq? adlandırıb.
Bu barədə məlumat MIA-ya partiyanın mətbuat xidmətindən verilib. V. Bəyturan bildirib ki, palataya daxil olan şəxslər DUİ-nin əleyhinə açıqlamalar verir və onlar 4 müttəfiq partiyanın İctimai Palataya qatılmamasında şübhəli məqamların olduğunu iddia edirlər. Bəyturan bildirib ki, bu mövqenin sərgilənməsi İctimai Palatanın qranta hesablanmış mövqeyinə xidmət edir. Onun sözlərinə görə, qeyd olunan qurumda müxalifətdə olan 3-4 partiyanın birləşdiyi halda, bütün müxalifətin adından çıxış etməsi absurddur.
DUİ-nin 2011-ci ildəki planlarına toxunan Vüqar Bəyturan qurumda struktur islahatlarının və sıra genişlənməsinin gözlənildiyini deyib: ?Azad Azərbaycan Partiyası və adlarının açıqlanması hələ lazım bilinməyən iki digər partiya DUİ sıralarına qəbul oluna bilər. İlin ilk toplantısında bu barədə müzakirələr aparılacaq. DUİ-nin Məclisinin və komissiyalarının yaradılması, 2013-cü il Prezident seçkilərinə hazırlıq məqsədilə Seçki Qərargahının formalaşdırılması barədə də partiyamızın təklifləri var ?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51