Daha bir Azərbaycan əsgəri yaralanıb
Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 6-da saat 08.15 radələrində Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən mövqelərimizə açdığı atəş nəticəsində əsgər Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb.
Əsgərin vəziyyəti ağırdır. 1991-ci il təvəllüdlü Hüseynov Ülvi ötən ilin yanvarında Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08