31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Sonrakı il Azərbaycan parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərar qəbul edib. 31 dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Artıq həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.