Bakıda yaşayış evində güclü yanğın olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə dekabrın 24-də Xətai rayonu G. Şıxlinski küçəsi ev 54-də qeydə alınıb. Nəticədə ev sahibi Emil Əliyevin tüstüdən zəhərlənib, qızı Kamilə və oğlu isə Elvin xəsarət alıblar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.