Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin vaxtı açıqlandı
Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin vaxtı müəyyənləşib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, imtahanlar üçün ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Qəbul imtahanlarının ilk mərhələsi fevralın 20-də keçiriləcək. Bu mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanacaq.
Yanvarın 23-də isə TQDK ilk dəfə tətbiq olunacaq açıq testlərə abituriyentlərin cavabların təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevirdə sınaq imtahanları keçirəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08