Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 14-16 isti, axşam 10-12 dərəcə isti olacaq. Dekabrın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 9-11, günün birinci yarısında 16-19, axşama doğru 10-12 dərəcə isti olacaq. Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, dekabrın 18-dən 19-na keçən gecə yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimal olunur. Gün ərzində hava, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, dekabrın 18-dən 19-na keçən gecə arabir güclənəcək, gündüz mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Dekabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 18-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7, gündüz 15-20, dağlarda gecə 1-5, gündüz 13-18 dərəcə isti olacaq. Dekabrın 19-20-də hava, əsasən yağmursuz keçəcək. Lakin dekabrın 18-dən 19-na keçən gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, dekabrın 19-da gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti olacaq.